Bu pensiyalar 20 faiz artırılır
Kateqoriya məlum deyil
"Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.
Sfera.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutur.
Belə ki, hazırda 200 manat olan minimum əmək pensiyası 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq, 240 manata çatdırılacaq.
Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20 faiz artırılacaq. Hazırda əmək pensiyasının minimum məbləği 200 manatdır.
Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.






