Ağdamda yol çəkən texnika minaya düşdü
Kateqoriya məlum deyil
Ağdamda yol çəkən texnika minaya düşüb.
Sfera.az xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib.
Belə ki, traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib. İlkin məlumata görə, sürücü xəsarət almayıb.
Hadisə yerinə ANAMA-nın əməkdaşları cəlb olunub.
(apa)






