Logo

Politoloqdan cütlüklərə məsləhətlər

Politoloqdan cütlüklərə məsləhətlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Gənclərə və gənc olmayanlara tövsiyyəm odur ki evlənməyə tələsməyin.Əvvəlcə konkret insanla münasibətinizi bir neçə testdən keçirin".

Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev sosial şəbəkə hesabında paylaşıb.

Onun məsləhətlərin təqdim edirik:

1. Sevdiyiniz insan beyninizə sevdiyiniz obraz deyil, qarşısınızdakı insanın real tipi olmalıdır, yəni həmin insanı bəyəndiyiniz və bəyənmədiyiniz cəhətləri ilə qəbul etməlisiniz.

2. Nəsil çoxaltmaq məqsədilə ailə qurmayın.

3. Münasibətlərinizə qürur qatmayın, qarşınızdakı insanın tərbiyyəsi yoxdursa zatən onunla başdan ayrılın. Amma uzun münasibət quracağınız insanla aranızda qüruru deyil, bağlılğı işə salın.

4. İtirməyə qorxmadığınız insanla ailə qurmayın.

5. Səhvlərini bağışlamağa razı olmadığınız insanla ailə qurmayın.

6. Bir insanın sizə bağlılığını yoxlayıb, bağlı olan insanla ailə qurun.

7. Nazı ilə oynamaq istəmədiyiniz insanla ailə qurmayın.

8. Azı iki il mehribançılıqla keçmədən uşaq haqqında düşünməyin

9. qarşılıqlı hörmətin az da olsa, ara-sıra pozulduğu münasibətlər bir gün mütləq dağılacaqdır.

10. bir müddət əvvəl həqiqətən sevdiyiniz insanı zamanın keçməsi ilə əvvəlki kimi sevməyə çalışın, münasibəti adiləşdirməməyə çalışın.

11. marağın itməsinə görə münasibətə son verməyin, münasibəti marağa görə deyil, bağlılığa və dəyər görməyə görə davam etdirin.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR