Düşmən itkilər verir: 1 ölü, 4 yaralı
Kateqoriya məlum deyil
Artıq xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.
Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Sfera.az milli.az-a istinadən bildirlir ki, atışma zamanı Ermənistan Müdafiə Nazirliyinin 1 hərbçisi həlak olub, 4 nəfər yaralanıb.
Yaralıların ikisinin vəziyyəti ağırdır.






