Logo

Azərbaycanlı "Fedya"nın dəstəsi ələ keçdi: Bu şəhəri qorxu altında saxlayıblar

Azərbaycanlı "Fedya"nın dəstəsi ələ keçdi: Bu şəhəri qorxu altında saxlayıblar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Tver vilayətinin Kimrı şəhərində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Sfera.az xəbər verir ki, dəstə üzvləri reketçilik, quldurluq, soyğunçuluq və narkotik alverində günahkar bilinirlər.

Məlumata görə, dəstəyə "Fedya” ləqəbli Əliyev Firudin Tahir oğlu rəhbərlik edirmiş. Dəstə illərdir Kimrı şəhərini qorxu altında saxlayırmış.

Axtarış zamanı onların yaşadığı mənzillərdən külli miqdarda silah, avtomobil qaçırmaq üçün xüsusi düzəldilmiş alətlər, saxta pasportlar götürülüb.

Xəbərdə o da deyilir ki, saxlanılanlar əksəriyyəti əvvəllər məhkum həyatı yaşayıblar. Onları yerli hüquq-mühafizə orqanlıarının himayət etdiyi də bildirilir. Hazırda bu istiqamətdə araşdırma aparılır.

(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR