Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO
Kateqoriya məlum deyil
Tanınmış xanəndə, Əməkdar artist "Lalə" qızlar ansamblının ilk solistlərindən biri olan Elmira Əliyevanın səhhəti pisləşib.
Sfera.az kulis.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən müğənni səhhətinin yaxşı olmadığını açıqlayıb.
Xərçəng xəstəliyindən, ürək çatışmazlığından əziyyət çəkdiyini bildirən müğənni maddi vəziyyətinin yaxşı olmadığını, xəstəliyinin müalicəsi üçün heç kimdən kömək gözləmədiyini, yorulduğunu bildirib.






