Logo

Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov

Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.

Sfera.az xəbər verir ki, bu fikri o, "ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, "Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVİD-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.

"Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və "OPEK+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması "OPEK+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - V.Ələkbərov qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR