Logo

Ramiz Mehdiyevin yaxınının evindən 200 min dollar oğurlandı: 4 ay fərqində olmayıb

Ramiz Mehdiyevin yaxınının evindən 200 min dollar oğurlandı: 4 ay fərqində olmayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Sfera.az  "oxu.az”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki binalardan birində qeydə alınıb.

Orada yaşayan Mehdiyev Asəf Mehdiyeviçin evindən 200 000 ABŞ dolları oğurlanıb. Oğurluq hadisəsi bu ilin iyulun 1-dən noyabrın 7-nə qədər, yəni, 4 ay müddətində baş verib.

O, oğurluğu evində qulluqçu işləmiş qadının törətməsindən şübhələnir. A.Mehdiyev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

"Oxu.az” məsələ ilə əlaqədar Asəf Mehdiyevdən açıqlama almaq üçün onun rəhbəri olduğu "Şərq-Qərb” ASC-yə də müraciət edib. Lakin A.Mehdiyevdən açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, Asəf Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin yaxın adamı olduğu bildirilir. Belə ki, R.Mehdiyevin əksər kitabları "Şərq-Qərb” nəşriyyatında çap olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR