Logo

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı artdı, 33 nəfər öldü

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı artdı, 33 nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 500 yeni yoluxma faktı qeydə alınıb, 2 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı artdı, 33 nəfər öldü

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR