Logo

Fərid Qayıbova təyin edilən yeni müşavir kimdir? - DOSYE

Fərid Qayıbova təyin edilən yeni müşavir kimdir? - DOSYE
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gənclər və İdman naziri Fərid Qayıbova yeni müşavir təyin olunub.

Sfera.az xəbər verir ki, bu vəzifəyə Ramil Cabbarov təyinat alıb.

Xəbəri sosial şəbəkə hesabında yeni müşavirin özü paylaşıb.

1988-ci il təvəllüdlü R.Cabbarov 2009-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bakalavr pilləsini "Marketinq” ixtisası üzrə bitirib.

2013-cü ildə Azərbaycan Kooperasiya Universitetinin "İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsini bitirib.

2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır.

2008-ci ildən etibarən avtomobil, idman, səhiyyə, tədris, ərzaq və qeyri-ərzaq sektorları üzrə 10 şirkətdə marketinq üzrə məsul vəzifələrdə çalışıb.

2013-2014-cü illərdə Lider TV-də xarici iqtisadi xəbərlər üzrə müxbir vəzifəsində çalışıb.

2014-2016-cı illərdə UNEC-in Marketinq və Kommunukasiya Departamentində innovativ marketinq kommunikasiyaları üzrə mütəxəssis vəzifəsində işləyib.

2015-2018-ci illərdə "Marketinq” kafedrasının, 2018-ci ilin iyul ayından isə "Biznesin idarə edilməsi” kafedrasının müəllimi olub.

2016-cı ilin sentyabr ayından 2018-ci ilin oktyabr ayınadək UNEC rektorunun köməkçisi vəzifəsində çalışıb.

2018-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabrına kimi UNEC-in Karyera Mərkəzinin direktoru vəzifəsində işləyib.

(modern)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR