Logo

Akif Təvəkküloğlu yeni vəzifəyə TƏYİN OLUNDU

Akif Təvəkküloğlu yeni vəzifəyə TƏYİN OLUNDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Akif Təvəkkül oğlu Nəsirov yeni vəzifəyə təyin olunub.

Sfera.az xəbər verir ki, Akif Təvəkküloğlu Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunub.

Əməkdar jurnalist Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib.

O, Milli Məclisə mətbuat katibi təyin olunduğu gündən ali qanunverici orqanın mətbuatla işi tam açıq olub.

Bu illər ərzində ölkədəki dövlət qurumlarının mətbuat xidmətlərinin hansılarının jurnalistlərə açıq olduğunu müəyyənləşdirən sorğularda Milli Məclisin adı dəfələrlə ön sıralarda yer alıb. Bu məsələdə onun xidmətləri danılmazdır.

Bakıvaxtı.az olaraq Akif Təvəkküloğluna yeni vəzifəsində uğurlar arzu edirik!

(bakıvaxtı)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR