Logo

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - FOTOLAR

“Qarabağ” “Neftçi”ni darmadağın etdi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Sfera.az xəbər verir ki, turun açılış matçı "Zirə" və "Keşlə" komandaları arasında baş tutub. Bu oyunda Rəşad Sadıqovun komandası inamlı qələbəyə sevinib - 2:0.

Günün və turun mərkəzi oyununda isə "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibini 4:0 hesabı ilə darmadağın edərək 20 xalla vahid lider olub.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

16:00. "Zirə” – "Keşlə” - 2:0

Qollar: Loris Broqno, 17, Ağabala Ramazanov, 42

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Zirə İdman Kompleksinin stadionu

18:30. "Qarabağ” – "Neftçi” - 4:0

Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

"Azersun Arena”

Qeyd edək ki, IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR