Baş Prokurorluq da 11 yaşlı qızın hamilə qalması ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Baş Prokurorluq 11 yaşlı qızın hamilə qalması ilə bağlı məsələ barədə açıqlama yayıb.
Sfera.az-ın məlumatına görə, bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.






