Logo

Beyin şişini müalicə edəcək dərman HAZIRLANDI

Beyin şişini müalicə edəcək dərman HAZIRLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.

Sfera.az  xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, hüceyrə terapiyası xəstənin sağ qalmasını artırır və şiş yükünü azaldır.

(medicina.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR