Logo

Azərbaycanlı milyonçunun taleyi sual altında: Sorğu göndərilməyib...

Azərbaycanlı milyonçunun taleyi sual altında: Sorğu göndərilməyib...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Monteneqronun Ədliyyə Nazirliyi azərbaycanlı milyonçu Telman İsmayılovun ekstraditsiaysı ilə bağlı heç bir sorğu almayıb.

Sfera.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə adıgedən nazirlik xəbər yayıb.

"Hazırda Ədliyyə nazirliyinə bu haqda heç bir sorğu daxil olmayıb. Sorğu alınacağı təqdirdə qanunvericiliyə uyğun hərəkət ediləcək”, deyə bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Baş Prokurorluğu azərbaycanlı biznesmen Telman İsmayılovun bu ölkəyə təhvil verilməsi üçün Monteneqroya sorğu göndərməsi xəbəri yayılmışdı. Məlumatda İsmayılovla bağlı müvafiq sənədlərin bu ölkənin Ədliyyə nazirliyinə təhvil verildiyi bildirildi.

Məlumata görə, İsmayılov sifarişli qətllərdə ittiham olunur. İddiaya görə, o, qardaşları Rafiq və Vaqiflə birgə iş adamları Vladimir Savkin və Yuri Brıleyovun qətlini təşkil edibmiş.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR