Logo

Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi

Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub.

Sfera.az  İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin ölüm səbəbi bəzi mənbələrdə koronavirus olduğu bildirilsə də, şagirdin təhsil aldığı məktəbin rəhbərliyi buna rəsmi münasibət bildirməyib.

Məlumat üçün bildirək ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Bundan əlavə bəzi məktəblərdə isə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR