Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO
Sfera.az xəbər verir ki, bu formalar daha yüngül və daha rahatdır. Hətta, istiliyi də hazırki formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.
"Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva "Xəzər Xəbər"ə deyib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də, Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar. Hansı ki, bu geyimlərdən hazırda ölkəmizdə əsasən litseylərdə istifadə olunur. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin.
O əlavə edib ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.
Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib, cavab gözləyirlər. Qeyd edək ki, hazırda litseylər ilə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.






