Azərbaycanda daha bir dəhşətli qəza: 4 nəfər öldü - FOTOLAR
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az bildirir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Avtomobildə olan 3 nəfər hadisə yerində dünyasını dəyişib. Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılan iki nəfər yaralıdan birinin həyatını da xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
***
Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.
Sfera.az-ın məlumatına görə, Alekseyevka kənd sakini,1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
(report)






