Logo

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür - VİDEO

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

Sfera.az xəbər verir ki, Müdafiə Nazirliyi 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncənin ballistik raket hücumuna məruz qalması barədə açıqlama yayıb.

Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiqinə başlansa da, düşmən dinc sakinləri atəşə tutub və hədəf olaraq Gəncə seçilib.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 9 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Daha sonra yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.

10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaralananların ümumi sayı 130-a yaxındır. Oktyabrın 4-ü 33, 5-i 3, 8-i yaralanan olamyıb, 11-i 34, 17-si 55 nəfər yaralanıb.

Sfera.az

Sami Süleymanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR