Logo

Azərbaycanda polis əməkdaşı BIÇAQLANDI

Azərbaycanda polis əməkdaşı BIÇAQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Sfera.az bildirir ki, kənd sakini 1969-cu il təvəllüdlü Hüseynəliyev Faiq Abbas oğlu tərəfindən bıçaqlanan gənc polis əməkdaşı olub. Belə ki, polis serjantı olan Ruhlan Daşkəsən rayon Polis Şöbəsinin İTB-nin Çıraqlı kənd üzrə sahənin polis nəfəri vəzifəsində çalışır. Hadisə isə münaqişə zəminində baş verib.

Polis əməkdaşları tərəfindən saxlanılan 52 yaşlı Faiq Hüseynəliyev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə işə açılıb.

Faktla bağlı araşdırma aparılır.

(publika)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR