Logo

Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI

Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

(Unikal.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR