Logo

"Zəngəzur dəhlizi açılsa..." - Xomeneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi

"Zəngəzur dəhlizi açılsa..." - Xomeneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın ali rəhbəri Əli Xameneinin SEPAH-dakı nümayəndəsi Hüseyn Əliyi Türkiyə və Azərbaycanı təhdid edib.

Sfera.az bildirirki, İranın hərbi gücünün yüksək olduğunu iddia edən Hüseyn Əliyi deyib ki, İsrail ABŞ-ın bölgədəki məğlubiyyətindən sonra onun yerini doldurmaq üçün İranın şimal-qərb sərhədlərində yerləşmək arzusundadır.

"İran buna imkan verməyəcək. Türkiyə və Azərbaycan bilməlidirlər ki, Qərb ölkələrinə inanıb onların bölgədə yerləşmələrinə şərait yaratsalar, Əfqanıstanın taleyini yaşayacaqlar”, - deyə Hüseyn Əliyi bildirib.

O, Azərbaycan və Türkiyənin Zəngəzurda dəhliz açacaqları halda İranın yalnız iqtisadi ziyan görəcəyini söyləyib:

"Ancaq onlar bunun qarşılığında ağır və sarsıdıcı cavab alacaqlar”.

Hüseyn Əliyi düşmənlərin İranın şimal-qərb sərhədləri və Qafqaz bölgəsində sionizmin dirçəlişinə çalışdıqlarını iddia edib, onların buna nail ola bilməyəcəklərini deyib.

(azad İran telegram)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR