Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmır? - "Araşdırma başladı"
Kateqoriya məlum deyil
Sosial şəbəkələrdə Bakının Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manat pul yığılması barədə məlumat yayılıb.
Sfera.az məlumat verir ki, iddia edilir ki, hər ay ödəniş edilməsə şagirdlər məktəblərə buraxılmayacaq.
Mövzu ilə bağlı olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yayılan məlumatlarla bağlı Texniki-Humanitar Liseydə müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.






