Logo

Arvadını güllələyib öldürən polis görün kimin oğlu imiş

Arvadını güllələyib öldürən polis görün kimin oğlu imiş
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov haqda yeni məlumat əldə etmişik.

Sfera.az  musavat.com-a istinadən bildirir ki, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ müharibəsi şəhididir. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.

Məmmədovlar ailə əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.

Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminimdə güllələyərək öldürüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR