Logo

Dünya bazarında "Aİ-92" markalı benzinin qiyməti BAHALAŞDI

Dünya bazarında "Aİ-92" markalı benzinin qiyməti BAHALAŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Benzinin qiymətində yenidən artım baş verib. "Aİ-95" markalı benzinin bir tonunun qiyməti 1,46% bahalaşaraq 813 ABŞ dollarına yüksəlib.

Sfera.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının (SPIMEX) məlumatlarında qeyd olunub.

Məlumata görə, birjada "Aİ-95" markalı benzinin qiyməti avqustun 31-dən ucuzlaşsa da, sentyabrın 15-dən etibarən yenidən bahalaşmağa davam edir.

"Aİ-95" markalı benzinin qiyməti sentyabrın 15-dən etibarən 2,5% bahalaşıb.

"Aİ-92" markalı benzinin bir tonun qiyməti isə 0.8% artaraq 759 ABŞ dollarına çatıb. Dizel yanacağının bir tonun qiyməti isə 0,5% artaraq 682 ABŞ dollarına yüksəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR