Logo

Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb – MƏBLƏĞ BİLİNDİ

Sayt rəhbəri Ramiz Göyüşovdan rüşvət alarkən yaxalanıb – MƏBLƏĞ BİLİNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Sfera.az xəbər verir ki, bu barədə Mahir Xəttabın vəkili Mehman Muradlı deyib.

Vəkil bildirib ki, Mahir Xəttabla görüşüb və faktla bağlı maraqlanıb. Sayt rəhbəri etiraf edib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Mahir Xəttab barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə Binəqədi rayon Məhkəməsinə aparılır.

Vəkil bildirib ki, M.Xəttab barəsində həbs qətimkan tədbiri seçiləcəyi təqdirdə məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, "Azadinfo.az" satyının rəhbəri Mahir Ələkbərli (Xəttab) sentyabrın 9-da axşam saatlarında saxlanılıb.

(trend.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR