Logo

Lənkəranda polis vətəndaşları zorla vaksinasiyaya aparır? - CAVAB

Lənkəranda polis vətəndaşları zorla vaksinasiyaya aparır? - CAVAB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sosial şəbəkələrdə Lənkəran rayonu ərazisində vətəndaşların, xüsusilə də sürücülərin məcburi qaydada vaksinasiyadan keçirilmək üçün xəstənaya aparılması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, onlar polis tərəfindən məcburi şəkildə vaksinasiyaya aparılır. 

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, rayon ərasində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə və sosial məsəfənin gözlənilməsi ilə bağlı nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər”.

"Nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür”, - deyə o qeyd edib.

(oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR