Ermənilər Şuşa rayonunun Sarıbaba kəndindən geri çəkildi
Kateqoriya məlum deyil
Qarabağda qondarma rejimin "hərbçiləri” bir neçə gün əvvəl Şuşa rayonunun Sarıbaba (Yextsahoq) kəndini tərk ediblər.
Sfera.az xəbər verir ki, bu barədə kəndin başçısı Artak Akopyan news.am-a müsahibəsində bildirib.
"Kənd müdafiəsiz qaldı. Azərbaycanlıların 3 km geri çəkilməsi üçün əsgərlərimizin mövqelərini tərk etməsi barədə şayiələr dolaşır. Ancaq onlar geri çəkilmir”, deyə Akopyan qeyd edib.
Onun sözlərinə görə, müəyyən müddət ərzində rus sülhməramlıları kəndi qorumaq üçün gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.
Xatırladaq ki, adı çəkilən kənd (1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib) Şuşa-Laçın yolunun sağında yerləşir.
(bizim.media)






