Logo

Ermənilər Naxçıvanı yenə atəşə tutdu - Müdafiə Nazirliyi

Ermənilər Naxçıvanı yenə atəşə tutdu - Müdafiə Nazirliyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Sfera.azMüdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR