Logo

Toyların qadağası ilə bağlı YENİ QƏRAR verildi

Toyların qadağası ilə bağlı YENİ QƏRAR verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Gürcüstanda qida müəssisələri və ya müxtəlif ritual salonlar (restoranlar) toy, yubiley və buna bənzər tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcək".

Sfera.az xəbər verir ki, bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradze açıqlama verib.

Onun sözlərinə görə, oxşar tədbirlər hökumətin qərarı ilə qadağan olunur:

"İlk öncə, qida müəssisələri və ya müxtəlif mərasim salonları bu cür tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcəklər, belə tədbirlər təkrarlanarsa sözügedən müəssisələr bağlanacaq", - deyə Ğibradze bildirib.

Xatırladaq ki, son bir neçə həftədir ölkə ərazisində yoluxma sayı 3-4 min arası dəyişir.

(Bizimmedia.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR