Xankəndində təyyarə səsi eşidən ermənilər qorxuya düşdü: “Azərbaycan Ordusu gəlib...” -VİDEO
Bu şaiyələrin təsiri altında bir çoxları Xankəndini tərk edib Yerevana gediblər. Onlar deyirlər ki, dolaşan şaiyələrə əsasən Xankəndindəki separatçı administrasiyanın bir qismi Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazır olduğunu bildirir.
Lakin separatçı administrasiyanın nümayəndəsi Unan Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb və bildirib ki, Xankəndində polis sutka boyu növbətçilik həyata keçirir. Buna baxmayaraq Azərbaycan ordusunun bölmələrinin Xankəndinə daxil olduğu haqda şaiyələr hələ də yayılmaqdadır.
Habelə Xankəndi sakinlərindən biri şəhərin üzərində hansısa təyyarənin uçduğunu iddia edib və qaranlıqda çəkilmiş görüntüləri paylaşıb. Həmin görüntülərdə hansısa təyyarənin səsi eşidilir, bir çoxları bunun pilotsuz təyyarə ola biləcəyini təxmin edib.






