Yoluxub sağalanlardan da COVID-19 pasportu tələb olunacaq? - AÇIQLANDI
Bundan əvvəl isə 50 nəfərdən 150 nəfərədək şəxsin iştirakı ilə keçirilən şənlik mərasimləri – toy, nişan, ad günləri üçün bu tələb qoyulmuşdu.
Xatırladaq ki, bu günə olan statistikaya görə, Azərbaycanda 332136 nəfər koronavirusa yoluxub sağalıb. Bu cür şəxslərdə isə 6 ayadək koronavirusa qarşı antitelin formalaşdığı bildirilir.
Koronavirusa qarşı antitel formalaşan şəxslərdən də COVID-19 pasportu tələb olunmalıdır
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev açıqlamasında bildirib ki, qaydalara görə, yoluxan şəxslər vaxtında müraciət edib və qeydiyyata düşüblərsə, immun pasportu alaraq, həm müxtəlif müəssisələrə, həm də şənlik mərasimlərinə gedə bilər:
"Əgər qeydiyyata düşməyiblərsə, analiz verərək, antitel formalaşması haqqında sənəd almaq mümkünür, amma bu inandırıcı olmayacaq. Çünki bu zaman çoxları belə bir sənədi pulla da ala bilərlər. Bunu necə sübut etmək olar? Ona görə də qeydiyyata düşməyən şəxslərin COVID-19 pasportu alması zərurətə çevirilir”.
Həkimin sözlərinə görə, yoluxub, sağalan şəxslər koronavirusa qarşı peyvənd olunacaqları təqdirdə, bunun onların səhhətinə hər hansı mənfi təsiri olmayacaq.
(Bizim.Media)






