Logo

Bayram Səfərovun 100 minlik avtomobili - VİDEO

Bayram Səfərovun 100 minlik avtomobili - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu bildirilən bahalı maşınının görüntüsü yayılıb.

Sfera.azbildirir ki, "qaynarinfo”ya daxil olan görüntülərdə icra başçısının "Toyota Sequoia” markalı avtomobildən düşərək Şuşa Şəhər İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur.

Məlumatlara görə, "Toyota Sequoia” markalı 10-OP-123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır.

Həmin maşının qiyməti 100 min manata yaxındır. Avtomobilin dövlət nömrə nişanı da prestijli nömrələr kateqoriyasına daxildir. Bu nömrənin qiyməti "qara bazar”da 10 min manatdan artıqdır.

Bayram Səfərov 2009-cu ildən Şuşa Şəhər İcra hakimiyyətinin başçısıdır. O, ən çox tənqid olunan məmurlardan hesab edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR