Logo

Hərəkət qabiliyyəti olmayan vətəndaşa birinci qrup əlillik niyə verilmir? - AÇIQLAMA

Hərəkət qabiliyyəti olmayan vətəndaşa birinci qrup əlillik niyə verilmir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda hərəkət qabiliyyəti olmayan, hətta sərbəst qidalana bilməyən xəstəyə 1-ci qrup əlillik vermirlər.

Sfera.azxəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Vəliyev Fərhad Aqil oğlu 04.03.2021-ci il tarixində əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişinə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilib:

"Vətəndaşın müayinə və müalicə məlumatları əsasında "Forma 88” səhiyyə müəssisəsi tərəfindən tərtib olunaraq nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan "Forma 88” birinci dərəcə əlillik təyinatına əsas vermir”.

"Xəstənin nə səbəbdən yataq rejimində olduğu, ətraflarının hərəkət qabiliyyətsizliyi, nevropatoloq müayinəsi, ətraflarda əzələ gücü və hansı tipli iflicin olması və ya iflic olmaması barədə heç bir məlumat yoxdur. Bu səbəblərdən vətəndaşın əlillik müddəti 5 illik uzadılaraq, ikinci dərəcə əlilliyi qüvvədə saxlanılıb”, - deyə agentlikdən qeyd edilib.

(Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR