Oğlunun şərləndiyini deyən qadının iddialarına - DİN-dən cavab
Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2021-ci ilin fevral ayında Ağstafa RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Yaqubovun üzərindən 9.554 qram narkotik maddə olan "metamfetamin” və 7.469 qram qurudulmuş "marixuana” aşkar edilərək götürülüb:
"Onun qardaşı Rəşad Yaqubov da gizləndiyi fərdi yaşayış evində aşkar edilərək RPŞ-yə gətirilib. Onun da üzərindən 234.442 qram narkotik vasitə olan "heroin” və ümumi çəkisi 54.811 qram "metamfetamin” və "metadol” aşkar edilərək götürülüb.
Bundan başqa 2020-ci ilin may ayında Şəmkir RPŞ əməkdaşları tərəfindən saxlanılan Saleh Allahverdiyev üzərindən aşkar olunan 0.364 qram heroini 70 manata Rəşad Yaqubovun vasitəçiliyi ilə onun qardaşı Elşad Yaqubovdan aldığını bildiriblər.
2020-ci ilin aprelin 22-də Ağstafa polisi tərəfindən saxlanılan Qazax rayon sakini Azər Hüseynov ondan götürülən 0.349 qram heroini Rəşad Yaqubovdan 40 manata aldığını bildirib".







