Logo

"İranın Xəzər dənizi ilə bağlı niyyətləri ciddidir" - Hərbi təlimlər nəyə işarədir?

"İranın Xəzər dənizi ilə bağlı niyyətləri ciddidir" - Hərbi təlimlər nəyə işarədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İranın Xəzər dənizində təlim keçirməsi bu ölkənin Xəzər dənizi ilə bağlı niyyətlərinin ciddi olduğunun göstəricisidir".

Bu sözləri Sfera.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli deyib. Ekspert hərbi təlimlərin kökündə başqa niyyətlərin olduğunu qeyd edib:

"Cənubi Qafqazda Azərbaycan və Türkiyənin artan hərbi siyasi nüfuzu təbii ki, İran və Rusiyanı narahat edir. Onlar həm Azərbaycan sərhədləri ətrafında, həm də Xəzər dənizi istiqamətində hərbi təlimlər keçirərək hər hansısa hadisəyə hazırlıq edib, öz güclərini nümayiş etdirirlər. İranın Xəzər dənizindəki təlim manevrinin birbaşa olaraq Azərbaycana yönəldiyini düşünmürəm. Lakin ümumilikdə, Azərbaycanın hərbi müttəfiqi olan Türkiyənin Azərbaycanda güclənməsi Tehranı narahat etməyə bilməz".

Politoloq İran və Rusiyanın Cənubi Qafqazda hadisələrə müdaxilə edə bilməyəcəyini deyib:

"Tehranın önündə imkanlar olsaydı, həm  44 günlük müharibədə, həm də post müharibə dövründə başqa davranışlar nümayiş etdirərdi. Lakin artıq vəziyyət dəyişib və 2020-ci ilin payızından etibarən İran və Rusiyanın Cənubi Qafqazla bağlı 200 illik apardığı siyasətə son qoyulub. Bundan sonra bu iki gücün Cənubi Qafqazda siyasətə təsir edə bilməyəcəyinin şahidi olacağıq. Eyni zamanda Türkiyə də artıq region üçün ciddi geosiyasi faktora çevrilib və bu hal həmin qüvvələri dayandıran ən əsas şərtdir".

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələri (HDQ) bir neçə gündür ki, Xəzər dənizində təlimlərə başlayıb. "Davamlı təhlükəsizlik 1400” adlı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri, təyyarə və vertolyotları, pilotsuz təyyarələr, elektronik müharibə qurğuları və eləcə də ordunun xüsusi təyinatlıları iştirak edir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR