Logo

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yay mövsümündə xaricə və ölkə daxilindəki turizm obyektlərinə üz tutmağa maddi imkanları çatmayanlar üçün dəniz alternativsiz istirahət məkanıdır. İstirahətin bu növü həm ucuzdur, həm də necə deyərlər, zövqlü...

Hər il olduğu kimi bu il də paytaxt çimərliklərində xüsusi canlanma müşahidə olunur. Lakin yenə də çimərliklərdəki antisanitar vəziyyət, suyun və qumun təmizliyi, çimərliklərdə yaradılmış şərait müzakirə mövzusudur. Hazırda çimərliklərdəki son durum necədir, yaradılmış şərait istirahətə gələnləri qane edirmi?

Öncə xatırladaq ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu mövsüm də ənənəvi monitorinq aparıb və nəticələr açıqlanıb. Belə ki, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.

Şıx çimərliyi isə su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş vəziyyətdədir. Bu səbəbdən suda bağırsaq çöpləri normadan çoxdur. Buna baxmayaraq, çimərlik insanları özünə cəlb edir, xəbərdarlığa baxmayaraq, bu məkana üz tutanların sayı kifayət qədərdir.

Sfera.az-ın əməkdaşları sözügedən çimərliyin ərazisindən reportaj hazırlayıb.

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

Müşahidələrimiz belə düşünməyə əsas verir ki, çimərlikdə ümumi vəziyyət qənaətbəxş görünür. Yəni, digər çimərliklərdən ciddi fərqlənməyən ənənəvi natəmizliyi nəzərə almasaq, ümumi durumu yaxşı qiymətləndirmək olar.

Elə çimərlikdə istirahət edənlər də ümumi vəziyyətdən narazı görünmürdü.

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

Sara Əzimova həyat yoldaşı və nəvəsi ilə həftədə bir dəfə "Şıxov" çimərliyinə gəldiyini deyir:

"Şəraitdən çox razıyıq, lakin gərək insanların özləri də təmizliyə diqqət etsin. Tez-tez xəbərdarlıq edirlər ki, sosial məsafəni saxlayaq, pandemiyadan dolayı qaydalara riayət edək. Əvvəllər Novxanı tərəfdə çimərliyə gedirdik, lakin orada vəziyyət burada olduğu kimi deyil, natəmizlik çoxdur. Həm də, Novxanıda çox yer obyektlərlə zəbt olunub".

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

Çimərlikdə xilasedici qayıqlar və skuterlər hərəkətdə idi. Xilasetmə əməkdaşları boğulma halları ilə həftədə bir neçə dəfə rastlaşdıqlarını dedilər:

"Adətən boğulmalar azyaşlılar arasında olur, lakin gənclər arasında da belə vəziyyət müşahidə edilib. Demək olar ki, həftədə iki dəfə dənizdə boğulma halı olur. Çimərlik mövsümü başlayandan bir neçə nəfərin boğulma səbəbi ilə səhhəti pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Bu il hələ ki, boğulma halları ölümlə nəticələnməyib".

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

Xocahəsən kənd sakini Eyvaz Quliyev bildirdi ki, ötən il çimərlik ərazisində "besedka"lar qurulsa da, bu il nədənsə oturmaq üçün belə yerlər qurulmayıb:

"Bu çimərliyə həftədə bir neçə dəfə nəvələrimlə gəlirəm. Ötən illə müqayisədə bu il çimərlikdə vəziyyət daha ürəkaçandır, təmizliyə diqqət edirlər. Əvvəllər burada bisetkalar qurulurdu, bu il nədənsə hamısını yığışdırıblar. Yaxşı olardı ki, yenə o bisetkalar qurulsun, insanlar rahat oturub, nahar edə bilsin".

“Bilirik ki, su təmiz deyil, amma...” – Əməkdaşlarımızın “Şıxov” çimərliyində GÖRDÜKLƏRİ və EŞİTDİKLƏRİ

Paytaxt sakini İlahi Hüseynov deyir ki, dənizin suyunun çirkli olduğunu bilsə də başqa çıxış yolu yoxdur:

"Demək olar ki, dostlarla hər gün bu çimərliyə gəlirik. Bilirik ki, su təmiz deyil, amma hovuza getməyə də imkan yoxdur. Lakin heç kim bizə xüsusi xəbərdarlıq etməyib ki, bu çimərlikdə su daha çirklidir".

Müxbir: Əzizə Zeynal

Foto: Səbuhi Elnur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR