Logo

Uçan avtomobilin sınağı uğurla başa çatdı - 2500 metr yüksəklikdə, 170 kilometr sürətlə... + VİDEO

Uçan avtomobilin sınağı uğurla başa çatdı - 2500 metr yüksəklikdə, 170 kilometr sürətlə... + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Slovakiyada uçan avtomobil prototipi 35 dəqiqəlik sınağı uğurla başa vurub.
Sfera.az xəbər verir ki, iki şəhər arasında uçan avtomobil 2500 metr yüksəklikdə, 170 kilometr sürətlə hərəkət edib.
Slovakiyanın Nitra şəhərindəki hava limanından qalxan uçan avtomobil, paytaxt Bratislavdaki beynəlxalq hava limanına enib.
Klein Vision adlı şirkət tərəfindən hazırlanmış AirCar adlı uçan avtomobilin avtomobildən təyyarəyə çevrilməsi cəmi 2 dəqiqə 15 saniyə çəkir. 200 kiloqram yük götürmə qabiliyyətinə malik olan avtomobil eyni zamanda 2 nəfəri daşıya bilir.
AirCar adlı avtomobil şaquli eniş və ya qalxma edə bilməz. Uçuş zolağı uçan avtomobilin havaya qalxması üçün mütləqdir.
Qeyd edək ki, Morqan Stanley-in 2019-cu il proqnozuna görə, uçan avtomobil sənayesinin büdcəsi 2040-cı ildə 1,5 trilyon dollara çata bilər.

Əzizə Zeynal
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR