İldə 2 dəfə peyvəndlənmə olacaq - "Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq"
Sfera.az bildirir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, koronavirusa qarşı immun qoruma mexanizmi sonsuza qədər deyil, bir-neçə ay davam edir:
"Şiddətli xəstəliyə qarşı qoruma ən çox 6 ay çəkir. O zaman peyvəndlənmə necə həyata keçiriləcək? Bununla bağlı müxtəlif ssenarilər mümkündür. Lakin məncə qrafik belə olacaq. Birincisi, 3-4 həftə ara ilə 2 peyvənd dozu tətbiq ediləcək, ikinci dozdan 6 ay sonra üçüncü doz tətbiqi və yenə 6 ay sonra peyvənd tətbiqi. Burada tək və ya yenə 2 doz tətbiq edilib edilməyəcəyinə dair hələlik heç nə deyə bilmərəm. Mahiyyətcə ildə 2 dəfə peyvəndlənmə olacaq”.
Mütəxəssis qeyd edib ki, COVID pasportu alınması üçün bu şərt yaxın zamanlarda artıq qanunvericilik aktı kimi qarşımıza çıxacaq:
"Bu şərti qanunvericiliyinə daxil edib təsirli nəzarət mexanizmi qurmayan ölkələrə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bu rejimdə onillərlə yaşamağa hazır olmalıyıq”.
Günay Rəsulqızı
Sfera.az






