DTX və polis Xocalıda əməliyyat keçirdi
Kateqoriya məlum deyil
Xocalı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Xocalı rayon polis şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətnin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.






