Logo

Bakıda Dağüstü Parkda güclü yanğın - VİDEO

Bakıda Dağüstü Parkda güclü yanğın - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakıda axşam saatlarında yanğın baş verib.

Sfera.az xəbər verir ki, hadisə Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində qeydə alınıb.

Otlaq ərazidə baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR