Logo

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ

Bu şəxslər koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurmasın! – Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Əgər koronavirusa qarşı vaksinin birinci dozasından sonra şəxs koronavirusa yoluxursa, ikinci dozaya gərək yoxdur".

Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov bildirib. Həkimin sözlərinə görə yoluxduqdan sonra qısa müddət ərzində ikinci dozanın da tətbiqi təhlükə yarada bilər:

"Koronavirusa yoluxub sağalan şəxsin qısa müddətdə vaksin vurdurması onun sağlamlığına ciddi təhlükə yarada bilər. Xəstəliyə yoluxduqdan sonra gərək 6 ay keçsin ki, vaksinin ikinci dozası vurulsun. Hələ ki, ikinci növ vaksinin vurulması üçün də minimum 6 ay limiti qoyulub. Peyvəndin vurulmasından 6 ay keçdikdən sonra yəqin ki, bu müddətdə dəyişiklik ola bilər. Yəni bədəndə immunoqlobinlərin miqdarından asılı olaraq müddət uzadıla bilər".

Həkim onu da bildirib ki, peyvənddən əvvəl bu baxımdan müayinə olunmaq zəruridir:

"Peyvənddən əvvəl xəstə həkim tərəfindən müayinə edilməli, təzyiqi, temperaturu ölçülməli, burun və boğazın selikli qişasının vəziyyəti yoxlanılmalıdır”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR