Logo

"İran yaxşı bilir ki..." - Deputat Azərbaycan-Pakistan hərbi əməkdaşlığından DANIŞDI

"İran yaxşı bilir ki..." - Deputat Azərbaycan-Pakistan hərbi əməkdaşlığından DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri, o cümlədən müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Maraqlıdır, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq regiona nələri vəd edir? İran bu məsələyə necə yanaşacaq?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Elman Nəsirov Pakistanla hərbi əməkdaşlığın regionda sülhün qorunmasına xidmət etdiyini bildirib:

"Əvvəla onu qeyd edim ki, Pakistan müsəlman aləmində yeganə dövlətdir ki, nüvə silahına malikdir. Eyni zamanda Pakistan, Azərbaycan-Ermənistan münaqişəsini əsas götürərərək, onlarla diplomatik münasibətlər qurmur. Bu unudulmaz məsələdir, hər bir azərbaycanlı qeyd etdiyim amilləri yüksək qiymətləndirir. Azərbaycanın ən müasir silahların alınması məsələsində şaxələndirmə siyasəti həyata keçirdiyi sirr deyil. Bu sahədə əməkdaşlıq etdiyimiz ölkələr arasında Pakistan yer alırdı, alacaq da. Hərbi sahədəki əməkdaşlıq təbii olaraq sülhə və təhlükəsizliyə də xidmət edir. Xüsusilə, Ermənistanda revanşizm dalğasının gücləndiyi bir vaxtda bu kimi görüşlər çox mühüm, siyasi əhəmiyyət kəsb edir. Bu isə hər iki ölkənin strateji maraqlarına cavab verir".

Deputat İranın Azərbaycan-Pakistan münasibətinə reaksiyasından da danışıb. E.Nəsirov İranın Cənubi Qafqaz regionu ilə bağlı qısqanclıq hissi keçirdiyini vurğulayıb:

"İran adətən Cənubi Qafqaz regionunda üçüncü dövlətlərin hansısa məsələdə iştirak etməsinə qısqanclıqla yanaşır. Lakin Pakistan-Azərbaycan əməkdaşlığı İran əleyhinə deyil. Belə götürəndə biz ABŞ-la strateji tərəfdaşıq və bu Rusiyanın əleyhinə deyil. Nə də ki, Rusiya ilə əməkdaşlıq ABŞ-ın əleyhinədir. Ümumiyyətlə, Azərbaycanın hansısa ölkə ilə əməkdaşlığı üçüncü tərəfin əksinə yönəlməyib. Pakistanla əməkdaşlığımız da bu qəbildəndir".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR