Logo

“Axı o erməni polkovnikin buna səlahiyyəti çatmır...” – Əsirlər qarşılığında xəritə?

“Axı o erməni polkovnikin buna səlahiyyəti çatmır...” – Əsirlər qarşılığında xəritə?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təklif normaldır, amma onu səsləndirən şəxsin buna səlahiyyəti varmı?”

Bu sözləri Sfera.az-a açıqlamasında erməni polkovniki Koryun Qumaşyanın erməni hərbi əsirlərinin qaytarılacağı təqdirdə mina xəritələrini Azərbaycana verəcəyi barədə dediklərinə münsibət bildirərkən, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib:

"Düşünmürəm ki, belə bir açıqlama ilə çıxış edən erməni polkovnikin bunu etməyə hansısa səlahiyyəti olsun. Onun konkret vəzifəsi, səlahiyyəti bilinmir. Mina xəritələrinin verilməsi konvensiyada nəzərdə tutulub. Hətta müharibədən sonra hər iki tərəf əraziləri minalardan təmizləməli və bir-birinə təhvil verməlidirlər”.

Həmsöhbətimizin fikrincə, erməni polkovniki sadəcə gündəmə gəlmək üçün belə bir şəxsi təşəbbüsdə bulunub: "Ancaq fakt odur ki, terrorçularla heç bir danışığa gedilmir. Onlar törətdikləri cinayətə görə məsuliyyətə cəlb olunurlar. Erməni polkovnikin açıqlaması onu da təsdiqləyir ki, onlar Kəlbəcərdən çıxmaq üçün əlavə 10 gün vaxt istəyəndə ərazini minalamağı planlayıblar. Halbuki Kəlbəcər rayonunda döyüşlər getməyib. Beynəlxalq təşkilatlar buna diqqət yetirməlidir. Azərbaycan dövləti nə etdiyini bilir”.

Rüfət SULTAN
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR