Logo

“Mən o kitabların pulunun 100 qat artığını verməyə hazıram" - Tanınmış aktyor "kitab oğru"larına dəstək çıxdı

“Mən o kitabların pulunun 100 qat artığını verməyə hazıram" - Tanınmış aktyor "kitab oğru"larına dəstək çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mən o kitabların 10 qat, 100 qat pulunu verməyə hazıram. Ümumiyyətlə, kitab oğurluğu oğurluq sayılmamalıdır”.

Sfera.az bildirir ki, bunu aktyor-aparıcı Kamran Ağabalayev Səbail rayonunda yerləşən kitab mağazlarının birindən kitab oğurlayan gənclərin saxlanılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkənin bu gün ehtiyac duyduğu insanlar elə kitab oğruları olmalıdır:

"Ola bilər bəziləriniz qınayasınız,ola bilər mən demək istədiyimi bəyan edə bilmirəm, amma düşünürəm ki, siz məni başa düşdünüz. Kitaba gəlincə, sözümün ağasıyam, gəlin 100 qatını götürün məndən, ərizənizi geri götürün, nə bilim, nəsə edin!”.

Tanınmış qiraətçi Xəzər Süleymanlı isə, məsələ ilə əlaqəli bildirib ki,  bəzi səhifələr kitab oğrularının fotosunu paylaşmağın ayıb olduğunu desə də, bu addımı atmaq lazımdır:

"Əksinə daha çox paylaşın. Üzlərini yadda saxlayın.  Rastlaşanda salamlaşın, əllərini sıxın. Oxuduğunuz kitablardan verin oxusunlar. Onları düşdükləri bu vəziyyətdən ancaq yaxşı münasibətimizlə çıxara bilərik. Əməllərinə ayıblıq donu geyindirsək, bu daha pis olar”.

Hüquq müdafiəçisi Mehriban Zeynalova hadisə ilə əlaqəli maraqlı təkliflə çıxış edib.

"Bəlkə kitab satışı mağazalarına ianələr edək, gənclər gedib kitabları pulsuz götürə bilsin. Məsələn, hərə aya bir manat. Hesab şəffaf olsun. Elanlar da yayılsın  ki, gənclər məlumatlı olsun” , - deyə o qeyd edib. M.Zeynalova həmçinin bildirib ki, bu həm kitab satışını, həm kitaba həvəsi artırar.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR