Logo

Bayden şübhələrində haqlı çıxdı - “COVID-26 və COVID-32 də gəlir”

Bayden şübhələrində haqlı çıxdı - “COVID-26 və COVID-32 də gəlir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın məşhur viroloji və mikrobiologiya professoru koronavirusun yeni növləri ilə bağlı açıqlama verib.

Sfera.az CNN-ə istinadən xəbər verir ki, professor Peter Hotez COVID-26 və COVID-32-nin yaranması ilə bağlı ehtimalların böyük olduğunu deyib. Mütəxəssis buna səbəb kimi 3.5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-un yaranmasının əsl səbəbinin bilinmədiyini qeyd edib. P.Hotez yarana biləcək yeni virusların daha təhlükəli olacağını qeyd edib.

Xatırladaq ki, keçən həftə ABŞ prezidenti Co Bayden COVID-19-un mənşəyinin araşdırılması ilə bağlı göstəriş verib və işçi qrupun qarşısına 90 gün müddətində vaxt qoyub.

Qrup üzvləri artıq bəzi nəticələrə gəldiklərini və virusun laboratoriya şəraitində yaradıldığını bildirib. Mütəxəsisslər COVID-19-un hansısa virusdan yaranmadığını, yəni əcdadının olmadığını deyib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR