Logo

Müdafiə nazirinin ordumuza verdiyi tapşırıqla bağlı AÇIQLAMA: "Anti-terror əməliyyatı..."

Müdafiə nazirinin ordumuza verdiyi tapşırıqla bağlı AÇIQLAMA: "Anti-terror əməliyyatı..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Anti-terror əməliyyatı müharibədən sonra gündəlik fəaliyyətə çevrilib"

Xəbər verdiyimiz kimi Müdafiə naziri Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.

Nazirin bu tapşırığı düşmənə sonuncu xəbərdarlıq hesab oluna bilərmi?

Hərbi ekspert, polkovnik Şair Ramaldanov bu barədə Sfera.az-a açıqlamasında bildirdi ki,  Müdafiə nazirliyinə tabe olan qurumların daim döyüşə, hər hansı tapşırıqları yerinə yetirməyə hazır vəziyyətdə olması onun vəzifələrindəndir:

"Hazırda işğaldan azad olunmuş torpaqlar, Azərbaycanla Ermənistan arasındakı sərhədlə bağlı iş ən vacib məsələdir. Bu baxımdan nazirin tapşırıqları təbiidir. Azərbaycan hər an təxribatlara, o cümlədən bunun qarşısını almağa hazır olmalıdır. Əlbəttə, tapşırıqların altında böyük işlər durur. Hərbi hissələr öz gündəlik fəaliyyətində, döyüş hazırlığı , təlimlər, məşğələlər zamanı bu məsələlərə diqqət yetirirlər. Azərbaycan Silahlı Qüvvələrinin əsas tərkibi olan Müdafiə nazirliyinin hərbi hissələri indiyə kimi cəbhə bölgəsi, təmas xəttində ona uyğun tapşırıqlar yerinə yetirirdilər və bununla bağlı çoxsaylı müşavirələrdən məlumatlar alırdıq. İndi isə, Azərbaycanın dövlət sərhəddini qorumaq, möhkəmləndirmək, düşməndən gələcək hər hansı təxribatın qarşısını almaq üçün hərbi hissələr öz xidmətinə, qoyulan tapşırıqlara uyğun olaraq, daim hazır olmalıdırlar”.

Müdafiə nazirinin ordumuza verdiyi tapşırıqla bağlı AÇIQLAMA: "Anti-terror əməliyyatı..."

Müsahibimiz qeyd edib ki, Azərbaycan daim anti-terror xarakterli əməliyyatlar aparır:

"O demək deyil ki, kimisə mütləq tutmalıyıq və.s. Terrorçuluğa qarşı  mübarizə tədbirləri demək olar ki, müharibədən sonra gündəlik fəaliyyətdir. Onun nəticəsidir ki, Kəlbəcər istiqamətində gecə saat 3-də mina yerləşdirmək istəyən erməni diversantlar tərkisilah edilib. Yəni anti-terror əməliyyatı daim gedir. Onların qarşısını almaq üçün hər gün tədbirlər görülür, kəşfiyyat aparılır və.s. Bunun üçün postlar var, lazım olan halda pilotsuz uçan aparatlar qaldırılır. Terrorçuluğa qarşı mübarizə tədbirləri Azərbaycanın hər zaman döyüş hazırlığının, hərbi hissələrinin gündəlik fəaliyyətidir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR