Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirilib - YENİLƏNİB
Müvəqqəti olaraq şöbənin rəhbər vəzifəsini icra edən Nemət Mehbalıyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, işdən çıxarılma məsələsi həqiqəti əks etdirmir:
”Biz Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon qəbul Şöbəsi olaraq 20 saylı Tovuz Rayon Regional İdarəyə tabeyik. Əməkdaşlarımız isə ötən ilin avqust ayında imtahan mərhələsindən keçiblər. Ötən ilin noyabr ayında imtahandan keçməyən və orta təhsilli əməkdaşların müqaviləsinə xitam verilib. 30 nəfərin işdən çıxarılması məsələsi həqiqəti əks etdirmir, şöbənin cəmi 26 işçisi olub. İmtahan mərhələsindən keçən işçilərin bir qismi şöbədə qaldı, digərləri isə Tovuz Rayon Regional İdarəyə göndəriliblər. Hazırda qəbul şöbəsində kargüzar, sürücü olmaqla cəmi 7 nəfər işçimiz qalıb”.
***17:39
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.
Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Belə ki,Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin keçmiş rəhbəri və işçiləri tutduqları vəzifədən azad edilib. Onların yerinə gənc kadrlar gətirilib.
(32gun.news)






