Logo

Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək

Xocasəndən Qaraçuxura qədər metro çəkiləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"8 Noyabr" stansiyasının açılışı ilə Bakı Metropoliteninin stansiyalarının sayı 26-ya, istismarda olan tunellərin uzunluğu isə 40 km-ə çatıb.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, Bənövşəyi xəttin "8 Noyabr" stansiyası başlanğıcını Xocasən qəsəbəsindən götürüb Qaraçuxur qəsəbəsinə qədər uzanacaq 12 stansiyadan və 18,5 km tuneldən ibarət xəttin 3-cü stansiyasıdır.

Ümumilikdə 17 eskalator və 3 liftdən ibarət olan stansiya 3 səviyyəlidir və fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR