Logo

"Atəşkəsin pozulması Paşinyanın əmri ilə olmayıb..." - Hərbi ekspert insidenti şərh etdi

"Atəşkəsin pozulması Paşinyanın əmri ilə olmayıb..." - Hərbi ekspert insidenti şərh etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sərhəddəki təxribatlar revanşistlərin istəyinə uyğun baş tutub".

Bunu Sfera.az-a hərbi ekspert İbrahim Rüstəmli deyib. Ekspert Qriqoryan, Balasanyan kimi şəxslərin özünə ordu qurduğunu bildirib:

"Təxribatlara revanşistlərin bəyanatının nəticəsi kimi baxmaq olar. Prezident də öz çıxışında bildirmişdi ki, revanşist qüvvələr yenidən baş qaldırsa "dəmir yumruq” yenidən işə düşəcək. Adıçəkilən coğrafiyada qeydə alınan hallar həmin revanşistlərin bəyanatlarının uzantısıdır. Atəşkəsin pozulması hələ uzun müddət ara-sıra olmaqla davam edəcək. Ermənistan ordusunun zəif infrastrukturu 44 günlük müharibədən sonra onsuz da məhv edilib. Ona görə də Vitali Balasanyan, Qriqoryan kimilərinin hərəsi özünü bir ordu rəhbəri hesab edir. Başpozuqluq, xaos bundan sonra da analoji hadisələrə səbəb olacaq".

Müsahibimiz Paşinyanın təxribatla bağlı göstəriş vermədiyini qeyd edib: "Sərhəddəki təxribatın Paşinyanın istəyinə uyğun olaraq baş tutduğunu düşünmürəm. İnanmıram ki, Paşinyan indiki vəziyyətində belə bir gərginliyə səbəb olmaq istəsin. Təxribatlar Balasanyan və onun kimi revanşist qrupların pozuculuq fəlaiyyətidir. Bu qrupları isə Fransa və digər xarici ölkələr yönəldir. Həmin ölkələr Qarabağ probleminin yenidən alovlanmasını, qan tökülməsini istəyir. Zaman-zaman Qarabağ  erməni lobbisi üçün hakimiyyət kartı rolu oynayıb. Bu gün də biz bu məsələnin real olduğunu görürük".

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR